DÇ-2018-də oyunları idarə edəcək hakimlərin adları açıqlandı

01:01 30 Mart 2018

FİFA DÇ-2018-də oyunları idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, mundialda 46 ölkədən 36 FİFA referisi, 63 köməkçi hakim iş başında olacaq. Onların arasında türkiyəli hakim Cüneyt Çakır və kollektivi də var. Çakır köməkçiləri - Bahatdin Duran və Tarık Ongunla birgə bu çempionatda ədaləti qorumağa çalışacaq.

 

Maraqlı məqam odan ibarətdir ki, dünya çempionatında Böyük Britaniyanı təmsil edən hakim olmayacaq. Sonuncu dəfə belə hal 80 il bundan əvvəl -  1938-ci ildə baş vermişdi. 

 

Dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısı belədi:

Cüneyt Çakır (Türkiyə), Fahad Al Mirdasi (Səudiyyə Ərəbistanı), Joel Aquilar (Salvador), Matteu Konqer (Yeni Zelandiya), Alireza Faqani (İran), Mark Qeyqer (ABD), Norbert Hauata (Taiti), Ravşan Irmatov (Özbəkistan), Ceyr Marrufo (ABD), Mohammed Abdulla Mohamed (BƏƏ), Rikardo Montero (Kosta Rika), Feliks Brix (Almaniya), Ryuji Sato (Yaponiya), Con Pitti (Panama), Navaf Abdulla Şukralla (Bəhreyn), Sezar Arturo Ramos Palasuelos (Meksika), Sergey Karasyov (Rusiya), Byorn Kuypers (Hollandiya), Mehdi Abid Şaref (Əlcəzair), Julio Baskunan (Çili), Şimon Marçinyak (Polşa), Malanq Dyedyu (Seneqal), Enrike Kaseres (Paraqvay), Antonio Migel Mateu Lahos (İspaniya), Bakari Papa Qassama (Qambiya), Andres Kunha (Uruqvay), Milorad Maziç (Serbiya), Qead Qrişa (Misir), Nestor Pitana (Argentina), Canluka Rokki (İtaliya), Canni Sikazve (Zambiya), Sandro Riççi (Braziliya), Damir Skomina (Sloveniya), Bamlak Tessema Veyesa (Efiyopiya), Vilmar Roldan (Kolumbiya), Klemen Turpin (Fransa).


Digər xəbərlər

Xəbər xətti