UEFA-dan “Skenderbeu”ya ağır cəza

10:14 30 Mart 2018

UEFA Albaniyanın “Skenderbeu” klubuna ağır cəza verib.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumu sözügedən komandanın 10 il müddətinə avrokuboklarda iştirakına qadağa qoyub. Cəzaya isə “Skenderbeu”nun ölkə çempionatında və avrokuboklar çərçivəsindəki çoxlu sayda görüşdə danışılmış oyunlarda iştirakı səbəb göstərilib.

 

2015/16 mövsümündəki ölkə çempionluğu da əlindən alınan komandanın 12 xalı silinib. Bundan əlavə, klub 1 milyon avro məbləğində cərimə edilib.

 

Albaniyanın son illərdəki ən aparıcı klublarından birinə çevrilən “Skenderbeu” UEFA tərəfindən verilən cəzanı rəsmi saytı vasitəsilə də təsdiqləyib. Lakin ittihamları qəbul etməyən klub rəhbərliyi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəklərini bildirib.


Digər xəbərlər

Xəbər xətti