"Valensiya" "Beşiktaş"ın futbolçusuna "elçi düşdü"

12:16 30 Mart 2018

“Beşiktaş”ın yarımmüdafiəçisi Oğuzhan Özyakup növbəti mövsümdən İspaniya La Liqasında çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. La Liqa təmsilçisi “Valensiya”nın 25 yaşlı futbolçunun xidmətində maraqlı olduğu bildirilir. Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçi barədə son qərarı “yarasalar”ın baş məşqçisi Marselino Qarsiya Toralın verəcəyi vurğulanıb.

 

Oğuzhanın “Beşiktaş”la müqavilə müddəti mövsümün sonunda bitəcək.

 

Türkiyəli futbolçunun xidmətində İngiltərənin “Everton” və “Nyukasl” klublarının da maraqlı olduğu deyilir.


Xəbər xətti