"Neftçi" darmadağına sevindi

Sportarena.az      30 Mart 2018, 21:12

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında bu gün 22-ci turun daha bir oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında “Yasamal”la “Neftçi” üz-üzə gəlib. Arxada qalan hər iki oyunda qalib gələn “Neftçi” üstünlüyünü davam etdirmək, “Yasamal” isə uğursuz seriyanı dayandırmaq istəyirdi. Ancaq hər iki komanda meydana itkilərlə çıxmışdı. “Yasamal”dan Məhəmməd Şahsavari, Rəsul Akbari və Mohsan Binari viza işləri ilə əlaqədar İranda olduqlarından komanda 7 futzalçının ümidinə qalmışdı. “Neftçi”də isə Mehram Eybeli zədəli olduğuna görə, meydana çıxa bilmirdisə. Mehran Əxbəri, Məhəmməd Beyralı və Məhəmməd Ruhi isə komandaya lazım olmadıqlarına görə, vətənlərinə yola salınmışdılar.

 

Oyuna gəlincə, 8 qolluq qarşılaşma “Neftçi”nin qələbəsi ilə başa çatıb. Görşün sonuna yaxın əsəblər tarıma çəkilib ki, nəticədə Cahandost ikinci sarı-qırmızı, Mehtiyev isə birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli olub.

 

Yüksək Liqa, 22-ci tur
30 mart

Yasamal FK – Neftçi İK 2:6
Qol: V.Vorobyov, 1:32, M.Cahandost, 17:54-pen. - R.Balakişiyev, 2:26, 28:43, V.İsayev, 5:43. V.Xocayev, 7:25. O.Baxşılı, 19:58. T.Qurbanov, 27:26.
Qırmızı vərəqə: M.Cahandost, 37:27 (ikinci sarı) - S.Mehtiyev, 37:27.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin