"Real"da daha 2 itki

21:55 30 Mart 2018

İspaniya La Liqasının 30-cu turunda “Las-Palmas”la qarşılaşacaq “Real” “sarı-göylər”lə matça iki itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” səfər oyununda kapitanı Serxio Ramos və yarımmüdafiəçisi İskonun xidmətindən istifadə edə bilməyəcək. Bu barədə məlumatı Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan İspaniya mətbuatına açıqlamasında məlumat verib. Fransız mütəxəssis hər iki futbolçunun yükləndiyini, buna görə, “Las-Palmas”la səfər matçında oynaya bilməyəcəyini deyib.

 

Qeyd edək ki, Ronaldo da sözügedən qarşılaşmada iştirak etməyəcək. Zidan ona istirahət verib.

 

“Las-Palmas” - “Real” oyunu sabah saat 20:30-da başlayacaq.


Xəbər xətti