Ziya oynadı, komandası qələbə qazandı

10:23 31 Mart 2018

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 32-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Əzizov da bu görüşün iştirakçısı olub. O, matçın 90-cı dəqiqəsində meydana buraxılıb.

 

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti