UEFA "Barselona"nın futbolçularını dopinq-testdən keçirdi

11:31 31 Mart 2018

UEFA nümayəndələri martın 30-da qəflətən “Barselona”nın düşərgəsində peyda olublar.

 

Sportarena.az xəbər verir ki, UEFA nümayəndələrinin qəfil gəlişinin məqsədi futbolçulardan dopinq-test götürmək olub. Bu barədə məlumatı “tvitter”də “Barsa”nın mətbuat xidməti yayıb.

 

UEFA nümayəndələri “Barselona”nın 11 futbolçusunu yoxlamadan keçiriblər. Onların arasında Lionel Messi də olub. Yoxlanan futbolçuların siyahısı belədi:

 

Andres İnyesta, Xerard Pike, İvan Rakitiç, Mark-Andre ter Ştegen, Buskets, Luis Suares, Osman Dembele, Xordi Alba, Serji Roberto və Samuel Umtiti də yoxlamaya məruz qalıblar.


Digər xəbərlər

Xəbər xətti