Vinçester: “Zədəli şəkildə oynamaq böyük risk deməkdi"

16:41 31 Mart 2018

“Kəpəz”in üzvü Şadon Vinçesterin durumu hər gün yaxşılığa doğru gedir. Zədəli olduğundan bir müddət meydana çıxmayan hücumçu tam sağaldığından məşqlərdə fəal iştirak edir, qarşıdakı oyunlara ciddi hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, Vinçester klubun saytına açıqlama verərək çətin günlərin artıq geridə qaldığını deyib:

 

“Zədəli şəkildə oynamaq oyunçu üçün böyük risk deməkdi. Düzdü, bütün futbolçular kimi mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidi. Zədə alarkən həkimlər vəziyyətin ciddi olduğunu bildirəndə təbii ki, məyus olmuşdum. İdmanda zədələr qaçılmazdı. Tibbi personala inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdı”.

 

Şadon oyunlara çıxmaq üçün darıxdığını da sözlərinə əlavə edib:

 

“Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdu. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam amma unutmaq olmaz ki, futbol kollektiv oyundu. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludu”.

 

Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatıla bilməmişdi. Vinçester bu məsələyə belə münasibət bildirib:

 

“İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdu. Elə Azərbaycanda top qovmağım da bu anlamdadı. “Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük əhəmiyyət daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.

“Kəpəz”in üzvü Şadon Vinçesterin durumu hər gün yaxşılığa doğru gedir. Zədəli olduğundan bir müddət meydana çıxmayan hücumçu tam sağaldığından məşqlərdə fəal iştirak edir, qarşıdakı oyunlara ciddi hazırlaşır.

Komanda.az xəbər verir ki, Vinçester klubun saytına açıqlama verərək çətin günlərin artıq geridə qaldığını deyib:

“Zədəli şəkildə oynamaq oyunçu üçün böyük risk deməkdi. Düzdü, bütün futbolçular kimi mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidi. Zədə alarkən həkimlər vəziyyətin ciddi olduğunu bildirəndə təbii ki, məyus olmuşdum. İdmanda zədələr qaçılmazdı. Tibbi personala inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdı”.

Şadon oyunlara çıxmaq üçün darıxdığını da sözlərinə əlavə edib:

“Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdu. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam amma unutmaq olmaz ki, futbol kollektiv oyundu. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludu”.

Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatıla bilməmişdi. Vinçester bu məsələyə belə münasibət bildirib:

“İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdu. Elə Azərbaycanda top qovmağım da bu anlamdadı. “Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük əhəmiyyət daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.


Digər xəbərlər

Xəbər xətti