Futbolçumuz yeni klubunda debüt etdi

17:43 31 Mart 2018

Bir neçə gün əvvəl Gürcüstanın “Şevardeni” klubu ilə müqavilə bağlayan Fərid Nəbiyev qonşu ölkədə ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, fənc futbolçu 2-ci Liqanın 4-cü turunda Batumi “Dinamo”suna qarşı matçda debüt edib. Lakin onun 90 dəqiqə meydanda olduğu qarşılaşmada komandası meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

 

“Şevardeni” 4 turdan sonra 4 xalla 10 komanda arasında 8-cidi.


Xəbər xətti