Derbini "Tottenhem" qazandı - YENİLƏNİB

02:02 2 Aprel 2018

İngiltərə Premyer Liqasında 32-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Liverpul” “Kristal Pelas”ın qonağı olub . Lider “Mançester Siti” də ilk oyun günündə meydana çıxacaq. Addım-addım çempionluğa yaxınlaşan Xosep Qvardiolanın yetirmələri Liverpul səfərində “Everton”la qarşılaşacaq.

 

Turun mərkəzi görüşü sabah keçiriləcək. London derbisində ötən mövsümün çempionu, cari mövsümdə isə işləri qaydasında getməyən “Çelsi” “Tottenhem”i qəbul edəcək.

 

İngiltərə Premyer Liqası, 32-ci tur

31 mart

Kristal Pelas - Liverpul 1:2
Brayton - Lester 0:2
Mançester Yunayted - Suonsi 2:0
Nyukasl - Haddersfild 1:0
Uotford - Bornmut 2:2
Vest Bromviç - Bernli 1:2
Vest Hem - Sautqempton 3:0
Everton - Mançester Siti 1:3

 

1 aprel

16:30 Arsenal - Stok Siti 3:0
19:00 Çelsi - Tottenhem  1:3


Xəbər xətti