PSJ Liqa Kubokunun qalibi oldu - VİDEO

10:32 1 Aprel 2018

Futbol üzrə Fransa Liqa Kubokunun final oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda PSJ ilə “Monako” üz-üzə gəlib. Paris təmsilçisi bu görüşdə darmadağınla qalib gələrək, Liqa Kubokuna sahib çıxıb.

 

Qeyd edək ki, PSJ tarixində 8-ci dəfə Fransa Liqa Kubokunun qalibi olub. Parislilər bu göstəricidə ölkə rekordçusudular.

 

Fransa Liqa Kuboku, Final

31 mart

PSJ - Monako 3:0

Qol: Kavani, 8-pen; 85. Di Mariya, 21.


Xəbər xətti