Dani Alveş futbol tarixinə düşdü

17:19 1 Aprel 2018

PSJ Fransa Liqa kubokunun finalında "Monako"nu 3:0 məğlub etməklə turniri qalib başa vurub.

 

Sportarena.az xəbər verir ki, Paris klubunun müdafiəçisi Daniel Alveş bu oyundan sonra futbol tarixinə düşüb. O, ən çox rəsmi titul qazanan futbolçu olub. Braziliya millisinin üzvü karyerasında 36 titul qazanıb.

 

Bu baxımdan "sambaçı" Rayan Qiqqs və Kenni Dalqlişi geridə qoyub. Alveş titullarının 63 faizini (23) "Barselona"da əldə edib. Qalan titullar belə bölünür:

 

"Bahia" - 1, PSJ - 2, "Juventus" - 2, "Sevilla" - 5, Braziliya millisi - 3.

 

Qeyd edək ki, Braziliyada ən titullu futbolçu kimi Peleni qəbul edirlər. "Futbol kralı"nın qeyri-rəsmi mükafatlarla birlikdə 37 titulu var. Bunlar ixtisar olunsa, rəsmi 29 titul qalır.


Digər xəbərlər

Xəbər xətti