Araz oynadı, komandası qalib gəldi - VİDEO

11:04 2 Aprel 2018

Futbol üzrə Kipr çempionatında 30-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Omoniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Araz da bu görüşün iştirakçısı olub. O, matçın 81-ci dəqiqəsində meydana buraxılıb.

 

Geridə qalan turlarda 63 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti