Eto ölkə prezidenti olmaq istəyir

14:32 2 Aprel 2018

Kamerun millisinin sabiq üzvü Samuel Eto ölkə prezidenti olmaq istəyir.

Sportarena.az xəbər verir ki, 37 yaşlı hücumçu Fransa mətbuatına açıqlamasında gələn il Kamerunda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.

“Kamerun prezidenti olmaq xəyalım Yuli Sezarın Romaya başçılıq arzusu ilə eynidir. Bu işdə bir əngəl görmürəm. 11 nazir və 7 baş katibdən ibarət hökumət kabineti qurmağı planlaşdırıram”. 

Qeyd edək ki, hazırda “Konyaspor”da oynayan Eto karyerası ərzində "Real", "Barselona", "İnter" və "Çelsi" kimi klublarda da çıxış edib.


Xəbər xətti