Ruslan Əmircanov evlənir

17:20 2 Aprel 2018

Daha bir azərbaycanlı futbolçu subaylığın daşını atır.
 
Sportarena.az xəbər verir ki, hazırda "Səbail"də çıxış edən Ruslan Əmircanov evlənir. 33 yaşlı müdafiəçinin toy mərasimi martın 3-də Bakıdakı restoranların birində baş tutacaq.
 
Qeyd edək ki, Ruslan Əmircanov karyerası ərzində "Ümid", "Ədliyyə", "Karvan", "Standard", "Neftçi", "İnter", "Qəbələ" və AZAL klublarında çızış edib. Müdafiəçi 2010/11 və 2011/12 mövsümlərində "Neftçi" ilə Azərbaycan çempionu olub. Ruslan milli komandamızın heyətində 5 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti