Ziya oynadı, komandası udduzdu

10:31 3 Aprel 2018

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 33-cü turun oyunları keçirilib.

 

Sportarean.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Qraafşap”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Əzizov da bu görüşün iştirakçısı olub. O, matçın 75-ci dəqiqəsində meydana buraxılıb.

 

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti