Kasilyas 1000-ə çatdı

10:49 3 Aprel 2018

"Portu"nun Portuqaliya Premyer Liqasının 28-ci turunda səfərdə "Belenenseş" 0:2 hesabıyla uduzduğu matç qonaqların qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, Kasilyas peşəkar karyerasında 1000-ci oyununu keçirib. 36 yaşlı qapıçı Raul Qonzalesdən sonra bu qədər oyun keçirmiş ikinci ispan olub.

 

Qeyd edək ki, Kasilyas "Real"da 725, "Portu"da 108 və İspaniya millisində 167 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti