Millimiz Bakıda 3 oyun keçirəcək

14:23 3 Aprel 2018

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək komandamız ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.

 

Oyunların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat verilməyib. 


Digər xəbərlər

Xəbər xətti