Herrera rekordu yeniləyə biləcək?

14:42 3 Aprel 2018

“Neftçi”nin futbolçusu İqnasio Herrera Topaz Premyer Liqasında 10-cu qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın ötən mövsüm heyətinə qatdığı çilili legioner yubileyə 33-cü matçında nail olub. O, 21-ci turun “Səbail”lə ev matçındakı dublla 10-a çatıb. Ötən mövsüm 12 oyunda 3 dəfə fərqlənən cənubi amerikalı cari çempionatdakı 21-ci görüşündə 7-ci dəfə rəqib qapısına yol tapıb.

 

Herrera “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 34-cü futbolçu kimi tarixə düşüb. O, “ağ-qaralar”ın indiki heyətində bu göstəricidə rekorda şərik çıxıb. Belə ki, Rəşad Sadiqov və Ruslan Abışov da “Neftçi” formasında Premyer Liqada 10 qola sevinib.


Xəbər xətti