"Olimpiakos"un prezidentindən futbolçulara qeyri-adi cəza

16:54 3 Aprel 2018

Yunanıstan "Olympiajos"unun sahibi Evangelos Marinakis komandanı 400 min avro cərimələyib və futbolçuların bir hissəsini mövsümün sonunu gözləmədən məzuniyyətə göndərib. 

 

Sportarena.az xəbər verir ki, Marinakis komandanın nəticələrindən narazı olduğu üçün bu addımı atıb. O bildirib ki, əsas komandadan çox az oyunçu mövsümün sonunadək meydana çıxacaq. Vaxtından əvvəl göndərilənləri isə gənclərdən ibarət heyətin üzvləri əvəzləyəcək. Marianakisin fikrincə, futbolçular komandanın qayğısına qalmaqdansa daha çox yaxşı mənzillər və avtomobillər barədə düşünürlər. 

 

Qeyd edək ki, Yunanıstanın son çempionu olan "Olympiakos" bu mövsüm Superliqada sona 4 tur qalmış 54 xalla 3-cü yeri tutur.  


Digər xəbərlər

Xəbər xətti