FİFA İbrahimoviçin Dünya çempionatında iştirakına qadağa qoyacaq?

21:33 3 Aprel 2018

“Los Anceles Qalaksi”nin yeni transferi Zlatan İbrahimoviç dünya çempionatına buraxılmaya bilər.

 

Sprotrena.az xəbər verir ki, Buna səbəb isveçli forvardın bukmeker kontorlarından biri ilə əməkdaşlıq etməsidi. Yenidən yığmaya qayıdacağını və mundiala yollanacağını istisna etməyən 36 yaşlı forvardın bukmeker kontoru ilə müqaviləsi FİFA-nı narahat edir. Ali futbol qurumu məhz bu səbəbdən ona dünyanın ən böyük turnirində iştirak qadağası qoymağa hazırlaşır.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç AÇ-2016-dan sonra milli karyerasını başa vurduğunu açıqlamış, lakin sonradan dünya çempionatına yollanmaq arzusunda olduğunu gizlətməmişdi.


Digər xəbərlər

Xəbər xətti