Milan derbisində "sülh" - YENİLƏNİB

00:43 5 Aprel 2018

İtaliya A seriyasında 27-ci turdan təxirə salınmış oyunlar keçirilir.

 

Sportarena.az xəbər verir ki, turun 3 oyunu daha öncə, martın 3-də keçirilmişdi. Lakin "Fiorentina"nın və İtaliya millisinin üzvü David Astorinin vaxtsız ölümü digər matçların təxirə salınmasına səbəb olmuşdu.

 

Turun 3 görüşü dünən keçirilib. "Cenoa" doğma meydanda "Kalyari"yə qalib gəlib. "Udineze" evdə "Fiorentina"ya, "Atalanta" isə "Sampdoriya"ya uduzub. Qalan 4 qarşılaşma isə bu gün baş tutacaq.

 

Ən diqqətçəkən oyun Milan şəhərinin əzəli rəqibləri - "İnter" və "Milan" arasında keçiriləcək.

 

İtaliya A seriyası, 27-ci tur

3 aprel

Cenoa - Kalyari 2:1
Atalanta - Sampdoriya 1:2
Udineze - Fiorentina 0:2

 

4 aprel

19:00 Benevento - Verona 3:0
20:30 Milan - İnter 0:0
20:30 Kyevo - Sassuolo 1:1
20:30 Torino - Krotone 4:1


Xəbər xətti