Millimiz Fransaya böyük hesabla uduzdu

15:38 4 Aprel 2018

Bu gün 19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz fransalı həmyaşıdları ilə qarşılaşıb. Oyun yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:6.

 

Xatırladaq ki, millimizin yer aldığı qrupun oyunları Finlandiyada keçirilir. Qrupda millimiz və Fransa yığmasından başqa, Belçika və Finlandiya seçmə komandaları da mübarizə aparır.


Digər xəbərlər

Xəbər xətti