İbrahimoviç Ronaldoya "ilişdi" - "Bacarırsa, 40 metrdən vursun”

17:16 4 Aprel 2018

Futbolçu karyerasını ABŞ-ın “Los Anceles Qalaksi” klubunda davam etdirən Zlatan İbrahimoviç “Real”ın forvardı Kriştiano Ronaldonun “Yuventus”un qapısına vurduğu qol haqda fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, ESPN-ə açıqlama verən isveçli futbolçu qolu qısa, amma maraqlı şəkildə sərh edib:

 

“Çox gözəl qol idi. Ancaq bacarırsa, 40 metrdən vursun”.

 

Qeyd edək ki, İbrahimoviç İsveçin İngiltərəni 4:2 hesabı ilə məğlub etdiyi 14 noyabr 2012 tarixli yoxlama görüşündə 4 qol vurmuş, son qoluna isə meydançanın rəqibə aid hissəsindən eyni üslubda qola imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti