"Qarabağ"a Türkiyədə xüsusi mükafat verildi

21:45 4 Aprel 2018

Türkiyənin məhşur media orqanlarından “Milliyet” qəzetinin “İlin idman mükafatları-2017” tədbiri keçirilib. 

 

Sportarena.az xəbər verir ki, "İlin komandası" mükafatına namizədlər arasında "Qarabağ"ın da adı olub. Lakin bu nomiasiyada ilk yerə “Fənərbaxça”nın basketbol komandası layiq görülüb. “Qarabağ”a isə münsiflər heyəti tərəfindən xüsusi fəxri mükafat verilib. Mükafat klubun vitse-prezidenti Tahir Gözələ təqdim edilib.

 

Tahir Gözəldən əlavə, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər.


Digər xəbərlər

Xəbər xətti