Futbolcumuz qol vurdu, komandası heç-heçə etdi

10:23 5 Aprel 2018

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində sonuncu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Sparta” ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan heç-heçə ilə ayrılıb - 4:4.

 

Rövlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 81-cu dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolu zamanı da məhz Muradovun zərbəsindən sonra top rəqib futbolçuya toxunaraq qapıya daxil olub.

 

“Slaviya”nın U-21 komandası çempionatı 30 xalla 12 klub arasında 8-ci sırada başa vurub.


Digər xəbərlər

Xəbər xətti