Araz Abdullayevin komandası xal itirdi

12:16 5 Aprel 2018

Futbol üzrə Kipr çempionatında 31-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda APOEL ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Araz da bu görüşün iştirakçısı olub. O, matçın 69-cu dəqiqəsində meydana buraxılıb.

 

Geridə qalan turlarda 64 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti