"Kəpəz"dən "Keşlə"yə qarşı hörmətsizlik - FOTO

12:55 5 Aprel 2018

Həftə sonu Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Kəpəz" - "Keşlə"ni qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, aprel 7-i, saat 15:00-da Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb. Amma biletlərdə kobud səhvə yol verilib. Belə ki, ev sahibi klubun hazırladığı biletin üzərində rəqib "Keşlə" kimi deyil, "Bakı" adı ilə təqdim edilib. "Qırmızılar"ın təmsil etdiyi yer isə Keşlə göstərilib.

 

Bununla yanaşı, görüşün tarixində də orfoqrafik səhvə yol verilib. Belə ki, 7 aprel əvəzinə "7 arel" yazılıb.

 

Bu, texniki qüsur sayılsa da, Premyer Liqada mübarizə aparan, hətta bir mövsüm Avropa Liqasında çıxış etməyə fürsət tapmış "Kəpəz" üçün kobud səhv, rəqibə qarşı hörmətsilikdi. Gəncə təmsilçisinin əməkdaşları bu məsələdə olduqca diqqətli olmalı idilər.

 

Ciddi səhvə rəğmən biletlər, hələ də satışdadı. Maraqlı məqam odu ki, səhlankarlığın qarşısını almaq baxımından klub tərəfindən heç bir addım atmayıb.



Xəbər xətti