Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

14:08 5 Aprel 2018

Topaz Premyer Liqasında 22-ci turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan “Zirə” - “Qəbələ” matçının idarəçiliyi Rəvan Həmzəzadəyə tapşırılıb.

 

Topaz Premyer Liqası, 22-ci tur

7 aprel

Kəpəz - Keşlə
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə. Şəhər stadionu, 15:00

 

Qarabağ - Səbail
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı. “Azersun Arena”, 17:30

 

8 aprel

Zirə - Qəbələ
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Vaqif Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə. İdman kompleksinin stadionu, 16:30

 

Neftçi - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. 8-ci km stadionu, 18:30


Xəbər xətti