Ronaldo bədəninə niyə döymə etdirmir? - FOTO

15:49 5 Aprel 2018

"Real"ın futbolçusu Kriştiano Ronaldo haqda maraqlı fakt ortaya çıxıb.

 

Sportarena.az xəbər verir ki, bir çox futbolçunun bədənində döymələrin olduğu halda, Ronaldoda bunu görmək mümkün deyil. Kriştianonun döymə etdirməməsinin səbəbi qan verə bilməyəcəyi ilə bağlıdır. Belə ki, tez-tez qan vermə aksiyalarında iştirak edən idmançı, hətta "Sportinq"in futbolçusu Karlos Martinsin oğlu üçün ilik də verib. Bu barədə Ronaldonun özü məlumat verib:

 

“Martinsin oğlunun vəziyyətini bilirdik. Bütün dostlar ona kömək etməyə hazır idi. Amma bir çoxu ilik vermənin çətin olduğunu düşünürdü. Bu da qanvermə kimi bir şeydir”.

 

Qeyd edək ki, döymə etdirən insan infeksiya səbəbinə görə, ən azı 6 ay qan verə bilməz. Ümumiyyətlə, “Qızıl Xaç” komitəsi də son illər döymə edənlərin sayının artdığına görə, qan verənlərin sayının azaldığını bildirib.


Xəbər xətti