İranın dövlət televiziyasından qalmaqala səbəb oldu - "Roma"ya qarşı hərəkəti ilə

Sportarena.az      5 Aprel 2018, 22:07

İranın dövlət televiziyası İtaliyanın “Roma” futbol klubunun loqotipinə qarşı senzura tətbiq edib.

 

Sportarena.az xəbər verir ki, bu addım “canavarlar”ın İspaniya təmsilçisi “Barselona”ya 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçının yayımı zamanı atılıb. “Roma”nın loqotipində iki uşağa süd verən canavar əks olunub. İtaliyanın yaradıcıları kimi qəbul olunan Romul və Rim canavarın döşlərindən süd əmirlər. İran televiziyasının əməkdaşları matçı efirə verən zaman loqotipdəki həmin hissəni örtməyi məqsədəuyğun sayıblar.

 

Hələlik İtaliya klubunun rəsmiləri insidentə şərh verməyiblər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin