Qattuzo yeni müqaviləyə imza atdı

10:59 6 Aprel 2018

İtaliyanın “Milan” klubu baş məşqçi Cennaro Qattuzo ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi gəncə mütəxəssisi postundan saxlayacaq. Klub rəhbərliyi artıq onunla yeni müqavilə də imzalayıb. Belə ki, Qattuzo 2021-ci ilədək “Milan”ın “sükanı arxasında” çalışacaq.

 

Cennaro ötən ilin noyabr ayında Vinçentso Montellanın istefasından sonra baş məşqçi postuna gətirilmişdi. Müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq mütəxəssis bu müddət ərzində “Milan”ı 25 oyuna çıxarıb, 13 qələbə, 6 heç-heçəyə nail olub, 6 görüşdə isə məğlubiyyətlə üzləşib.


Digər xəbərlər

Xəbər xətti