Riad Rəfiyev Samir Abasovu göndərir? - ÖZƏL

13:31 6 Aprel 2018

"Sumqayıt"da baş verən prezident dəyişikliyindən xəbərdarsız. "Neftçi"də eyni posta keçən Kamran Quliyevi Riad Rəfiyev əvəzlədi.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, Rəfiyev "Sumqayıt"da bir sıra ciddi dəyişikliklər etmək fikrindədi. O, komandanın transfer siyasətində müəyyyən dəyişikliklər edəcək. Belə ki, yerli futbolçulara üstünlük verən "kimyaçılar"ın heyətində bundan sonra legionerlər də yer alacaq. Əcnəbi futbolçuların transferinə Riad Rəfiyev özü şəxsən nəzarət edəcək.

 

Bundan başqa, klubun yeni prezidenti klubun infrastrukturun da dəyişikliklər etməyi hədəfləyib. O, bu məsələ ilə bağlı planlarını "Sumqayıt"ın təsisçisi olan "Azərkimya"nın rəhbərliyinə təqdim edəcək.

 

Rəfiyevin atacağı addım isə sizi təəccübləndirməyə bilməz. O, baş məqşçi Samir Abasovla mövsümün sonunda bitəcək müqaviləni yeniləmək istəmir. Yeni prezident Abasovun strategiyasına uyğun gəlmədiyini fikirləşir. Cari mövsümdə tarixinin ən yaxşı nəticəsini qazanan komandanın "sükanı" yerli məşqçilərdən birinə həvalə edilə bilər.

 

Bu məsələ ilə bağılı qərar mayın sonunda veriləcək. Çünki "Azərkimya" rəhbərliyi Samir Abasovdan razıdı. Komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə qurum mütəxəssisə mükafat və daha yüksək maaş verməyə hazırdı. Ola bilsin ki, "Azərkimya" Riad Rəfiyevi fikrindən daşındırsın.


Digər xəbərlər

Xəbər xətti