Qurban Qurbanov Elvin Yunuszadə ilə bağlı qərar verdi - RƏSMİ

15:12 6 Aprel 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millinin düşərgəsində nizam-intizam qaydalarını pozduğu üçün həm yığmanın, həm də "Qarabağ"ın əsas komandasından uzaqlaşdırdığı Elvin Yunuszadə ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis müdafiəçini bağışlayıb. Futbolçu dünəndən etibarən əsas komandanın məşqlərində iştirak edir. Saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov xəbəri təsdiq edib.


Digər xəbərlər

Xəbər xətti