Əmrə Can Dünya çempionatını buraxa bilər

17:56 6 Aprel 2018

"Liverpul" və Almaniya millisinin yarımmüdafiəçisi Emre Can rusiyada keçiriləcək dünya çempionatından kənarda qala bilər.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı havbek Premyer Liqanın 31-ci turunda "Uatford"a qarşı matçda zədələnib. Emre daha sonra Bundestimin düşərgəsində zədəsini təzələyib. Medianın məlumatına görə belindəki problem onun mundiala yolunu kəsə bilər.

 

Hələlik alman futbolçunun bərpa müddəti barədə dəqiq məlumat yoxdur. Onun mövsümün sonunda "Yuventus"a transferi olunması gözlənilir.


Xəbər xətti