"Xəzər" Aprel şəhidlərini andı

10:32 7 Aprel 2018

Dünən futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci turun oyunları keçirildi.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqaya iddialı “Xəzər” doğma meydanda MOİK-lə qarşılaşdı. Debütant bu görüşdə Aprel döyüşlərində şəhid olmuş hərbçilərimizi unutmayıb. Belə ki, “Xəzər”in futbolçuları meydana üzərinə “Şəhidlər vurulanda deyil, unudulanda ölər!” sözləri yazılmış pankartla çıxıblar.

 

Qeyd edək ki, bu oyunda 4:1 hesabıyla qalib gələn “Xəzər” lider “Qaradağ Lökbatan”la aradakı xal fərqini 6-ya endirib.


Digər xəbərlər

Xəbər xətti