Budaq Nəsirov "Sportinq"in əsas komandasında debüt edəcək?

16:37 7 Aprel 2018

Portuqaliyanın "Sportinq” klubunun prezidenti Bruno de Karvalyo 19 futbolçunu komandadan kənarlaşdırıb.
 
Sportarena.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, buna səbəb kub rəhbərinin komandanın oyunundan narazı qalmasıdır 
 
Bruno de Karvalyu bu addımı Avropa Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə ilk oyunundan (0:2) sonra atıb. Lissabon klubunun prezidenti oyundan sonra futbolçuları sərt şəkildə tənqid etmişdi. Futbolçular isə tənqilərlə razılaşmadıqlarını bildirmişdilər. 
 
Paytaxt klubu bazar günü ölkə çempionatı çərçivəsində qarşılaşacağı "Pasuş” ilə oyuna "Sportinq”in B komandasının futbolçuları ilə çıxacaq. Bu komandada azərbaycanlı futbolçu, U-21 yığmamızın üzvü Budaq Nəsirov da çıxış edir.
 
Bu o deməkdi ki, yarımmüdafiəçimiz "Sportinq"in əsas komandasında debüt edə bilər.
 


Digər xəbərlər

Xəbər xətti