"Zirə" ilə "Qəbələ"nin 14-cü dueli

11:16 8 Aprel 2018

“Qəbələ” Topaz Premyer Liqasının 22-ci turunun bu gün keçiriləcək oyununda “Zirə” ilə qarşılaşacaq. 

 

Sportarena.az xəbər verir ki, Zirə İdman Kompleksinin meydanında baş tutacaq matç rəqiblər arasında 14-cü duel olacaq. İlk dəfə 2015-ci ildə qarşılaşan komandalar indiyədək 13 oyunda üz-üzə gəliblər. Bu gün keçiriləcək oyuna qədər “Qəbələ” daha çox - 6, “Zirə” isə 3 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib.

 

“Qırmızı-qaralar” top fərqində də üstündü. Roman Qriqorçukun yetirmələri 21 qol vurub, 12-ni buraxıb. “Qəbələ”nin qollarına 14 oyunçu imza atıb. Aleksey Qay hamıdan çox - 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə son 11 matçda “Qəbələ” meydanı qol vurmadan tərk etməyib.

 

Keçirilən 13 oyundan 11-i çempionat, 2-si kubok çərçivəsində baş tutub. Premyer Liqada 4 qələbə qazanan bölgə təmsilçisi eyni sayda heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısına 14 dəfə yol tapan "qırmızı-qaralar" rəqibin 10 qoluna üzülüb.

 

Səfərdə 7-ci dəfə “Zirə”ylə qarşılaşacaq “Qəbələ” rəqib meydanında 3 dəfə qalib gəlib, 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Səfərdə 10 dəfə qol sevinci yaşayan "qırmızı-qaralar" 6 top buraxıb.

 

Xatırladaq ki, “Zirə” - “Qəbələ” oyunu bu gün saat 16:30-da başlayacaq.

 

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 0:0

 

16.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

 

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

 

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

 

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilla, 40, 84

 

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26, Ermin Zets, 47, 79

 

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

 

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:0

Filip Ozobiç, 52

 

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88

 

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:1

Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61

 

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:1

Cavid Hüseynov, 90+1 (p.) // Viktor İqbekoyi, 74

 

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19 (p.); Sadio Tounkara, 38 // Famussa Kone, 72

 

17.02.2018. Premyer Liqa. Qəbələ – Zirə – 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39  


Digər xəbərlər

Xəbər xətti