Ayxan Abbasov: "Futbolçularımı sakit olmağa çağırmışdım"

20:30 8 Aprel 2018

Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Zirə" - "Qəbələ" (1:1) matçından sonra komandamızın baş məşqçisi Ayxan Abbasov məbuat konfrası keçirib.

 

Sportarena.az sizi gənc mütəxəssisin matçla bağlı fikirləri ilə tanış edir:

 

“Futbolçularımız meydanda özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Bu gün 3 xal qazanmaq istəsək də, sonda qol buraxdıq. Düzdü, qollar vura bilərdik, amma imkanlarımızdan yararlana bilmədik. Futbolçularımı sakit olmağa çağırmışdım, çünki Qəbələdəki oyunda problemlər olmuşdu. Önümüzə baxmalı və sonra qədər vuşmalıyıq. Məncə, qalib gəlməli idik. Düzdü, qol buraxdıqdan sonra irəli atıldıq, ona görə qapımızda təhlükəli vəziyyətlər yarandı. İlk hissədə penaltimiz verilmədi. Əgər qapıçı zədələnibsə, deməli, toxunuş olub".

 


Digər xəbərlər

Xəbər xətti