Samir Abasov: "Bizə inananlar üçün meydanda idik"

22:58 8 Aprel 2018

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar”ın çalışdırıcısı 2:2 hesabıyla bitən görüşdən sonra öncə bunları söyləyib:

 

“Məlum məsələlərə görə həftəiçi vətəndə deyildim. Gələndən sonra uşaqlarla iclas etdik. Onlara dedim ki, yaxşı ki, burada deyildim. Çünki yazılanları bilirik, futbolçular psixoloji təzyiq altındadılar. Bu gün oyun sistemini kənara qoymuşduq, bizə inananlar üçün meydanda idik. Yaxşı oynadıq, sadəcə, bəxtsizlikdən qol buraxdıq. “Neftçi” yaxşı komandadı, əla oyunçuları var. Amma əsas olan mənim komandamdı. Yaxşı kollektivə malikik, gördüyümüz iş göz qabağındadı. Düzü, çatışmayan cəhətlər var. Vaxt gəldikcə hər şey öz yerini tapacaq".


Digər xəbərlər

Xəbər xətti