Rəşad Eyyubov Ramosun aqibətini yaşadı

01:38 9 Aprel 2018

Topaz Premyer Liqasının 22-ci turunda "Neftçi" "Sumqayıt"la qarşılaşdı.

 

Sportarena.az xəbər verir ki, oyunun gedişində maraqlı hadisə baş verib. Belə ki, qonaqların futbolçusu Rəşad Eyyubov oyunun ikinci hissəsinin gedişində hakimdən icazə alaraq tualetə gedib. Bu üzdən “Sumqayıt” təxminən 3-4 dəqiqə meydanda azlıqda mübarizə aparıb. Lakin onun gecikdiyini görən qonaq komandanın məşqçilər korpusu Rəşadın əvəzində meydana Ülvi İsgəndərovu buraxıblar. İsgəndərov meydana girən anda geri dönən Eyyubov isə ehtiyat oyunçular skamyasına göndərilib. 


Qeyd edək ki, bir neçə gün öncə İspaniya La Liqası çərçivəsində Madrid "Real"ının kapitanı Serxio Ramos da eyni hərəkətlə gündəmə gəlmişdi. Ancaq o baş məşqçi Zinəddin Zidan tərəfindən əvəzlənməmişdi.


Digər xəbərlər

Xəbər xətti