Dadaşov dubl etdi

10:14 9 Aprel 2018

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Germania Halberştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2.

 

Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov fasilədə əvəzlənib. Lakin bu vaxt ərzində o, iki qol vurmağa nail olub. Belə ki, o, 22-ci dəqiqədə hesabı 1:1 edib. 40-cı dəqiqədə isə komandasının hesabda önə keçirib – 3:2  Rüfət bu görüşdə fərqlənməklə həm də cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb.

 

"Dinamo" hazırda 52 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

 

Sonda onu da bildirək ki, Rüfət hazırda “Dinamo”da forma geyinsə də, növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti