Güləş ylğmamız Dünya Kubokunda ikinci oldu

10:52 9 Aprel 2018

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb.
 

Sportarena.az xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.

 

Bununla da, yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.


Xəbər xətti