Əliyar Ağayev "Neftçi"nin qolunun müəllifində dəyişiklik etdi

11:56 9 Aprel 2018

Topaz Premyer Liqasının 22-ci turunun “Neftçi” - “Sumqayıt” matçının protokolunda dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, matçın 63-cü dəqiqəsində vurulan avtoqol "Sumqayıt"ın üzvü Azər Salahlının passivindən silinib. Qolun müəllifi kimi Namiq Ələsgərov qeyd olunub. 

 

Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata keçirilib.


Digər xəbərlər

Xəbər xətti