Mirabdulla Abbasov: "Əlimizdən gələni edəcəyik ki, finala yüksələk"

13:57 9 Aprel 2018

"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqanın 22-ci turunda “Sumqayıt”la 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, gənc hücumçu əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:


- Təəssüf ki, oyun heç-heçə bitdi. Qələbə qazana, hətta uduza da bilərdik. Hər iki komandanın qol imkanları vardı. Fikrimcə, ədalətli nəticə oldu.

- Qarşıdan "Qəbələ” ilə kubok oyunu gəlir. Bu xal itkisi həmin matçda sizə mənfi təsir etməyəcək ki?
- Düşünmürəm ki, etsin. Komanda yarımfinal oyununa bundan da yaxşı hazırlaşacaq. Əlimizdən gələni edəcəyik ki, finala yüksələk. Buna nail olacağımıza inanıram.

- İkinci hissədə komandanız meydanda daha yaxşı təsir bağışladı. Tərlan Əhmədov fasilədə hansı tapşırıqları verdi?
- Birinci hissədə də eyni istəklə oynayırdıq. Ancaq fasilədən sonra oyunumuz daha yaxşı alındı. İkinci qolu vuraraq hesabda irəli də çıxdıq. Bundan sonra da qol vəziyyətlərimiz oldu. Lakin istifadə edə bilmədik.

- Artıq "Neftçi”nin əsas hücumçusuna çevrilmisən. Halbuki baş məşqçi əvvəllər səndən narazılıq edirdi...
- Hər bir futbolçu şans qazandıqca, oynadıqca açılışır. Çox şadam ki, oynayıram, qollarımı vururam.

- Evdə qazanılan 1 xal sərfəli nəticə saymaq olar?
- Meydana qələbə üçün çıxmışdıq. 3 xal çox vacib idi. Çünki qalib gəlsəydik, 3-cü pillədəki komanda ilə aramızda 2 xallıq fərq qalacaqdı.

- Kubokda "Qəbələ”, ardınca Premyer Liqada "Zirə” ilə qarşılaşacaqsınız. Bu, psixoloji cəhətdən komandaya necə təsir edə bilər?
- Bu planda komandada hər şey qaydasındadır. Həm çempionatda yolumuza davam etmək, həm də kubokda finala çıxmaq üçün qarşıdakı matçlara köklənəcəyik.


Digər xəbərlər

Xəbər xətti