Ağabala Ramazanov "Qarabağ"a qəbələ qazandırdı

22:17 9 Aprel 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 22-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Kəpəz” - “Keşlə” oyununda qapılara qol vurulmayıb. “Qarabağ” isə “Səbail”lə ev oyunundan qələbə ilə ayrılıb.

 

Bu gün keçirilən iki oyunla tura yekun vurulub. "Zirə" evdə "Qəbələ"ni böyük hesabla məğlub edib - 3:0. "Sumqayıt" isə səfərdə "Neftçi"dən üstün olub - 2:1. 

 

Əvəzedicilərin çempionatı, 22-ci tur

8 aprel

Kəpəz - Keşlə 0:0

 

 

Qarabağ - Səbail 2:1

Qol: Ağabala Ramazanov, 13; 51 - Pərviz Qaraxanov, 28.

 

9 aprel

Zirə - Qəbələ 3:0

Qol: Mirsahib Abbasov, 56. Orxan Əliyev, 60. Tapdıq Əhmədov, 65.

 

Neftçi - Sumqayıt 1:2

Qol: Cavidan Qasımlı, 50 - Elvin Nəsibov, 9; 64.


Digər xəbərlər

Xəbər xətti