Fernando Torres "Atletiko"dan ayrılır? - AÇIQLAMA

Sportarena.az      10 Aprel 2018, 10:40

Mövsümün sonunda "Atletiko" ilə müqaviləsi bitəcək Fernando Torresin klubdakı gələcəyi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı forvard "hindular"dan ayrılacaq. İspaniyalı futbolçuyla başa çatacaq müqavilə yenilənməyəcək. Bu barədə futbolçu özü açıqlama verib:

 

"Bu, mənim klubdakı son mövsümümdü. Asan qərar olmadı. Şərtlər bu qərarı verməyimə təsir etdi. Özümü yaxşı hiss edirəm. Başqa yerdə oynamağa davam edəcəm".

 

Təcrübəli hücumçu "Atletiko" yetirməsidir. O, 2007-ci ildə doğma komandasında ayrılaraq "Liverpul"a, daha sonra isə "Çelsi" və "Milan"a üz tutmuşdu. Fernando 2015-ci ildə Madrid klubuna geri dönmüşdü.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin