Messi BMT-nin səfiri oldu

14:18 10 Aprel 2018

"Barselona"nın ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub.

 

Sportarena.az xəbər verir ki, bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra açıqlayıb. Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb:

 

"Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafın bir mənbəyi olmasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam".


Digər xəbərlər

Xəbər xətti