"Barselona" ona görə 100 milyon ödəməyə hazırdı

17:20 10 Aprel 2018

“Leyptsiq”in müdafiəçisi Dayo Upamekano “Barselona”nın maraq dairəsinə düşüb.

 

Sportarena.az xəbər verir ki, “Barsa” Xavyer Maskerano ilə yolları ayırdıqdan sonra Samuel Umtiti ilə də müqaviləni uzada bilməyib. Bütün bunları nəzərə alan klub rəhbərliyi müdafiəçi axtarışlarına çıxıb.

 

19 yaşlı Qvineya əsilli fransız futbolçu “Barsa”nın transfer siyahısında ilk sırada durur. Fransa mətbuatının iddiasına görə, “Barselona” Upamekanoya görə 100 milyon avro ödəməyə hazırdı.

 

Müdafiəçi ilə “Bavariya”, “Mançester Yunayted”, “Arsenal” və “Milan” da ciddi maraqlanır.


Digər xəbərlər

Xəbər xətti