"Araz" və "Marafon"dan darmadağın

18:51 10 Aprel 2018

Bu gün futzal üzrə Yüksəl Liqada 23-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında turun açılış oyununda "Marafon Futsal" autsayder "Xəmsə" ilə qarşılaşıb. Görüş "Marafon Futsal"ın böyük hesablı (11:0) qələbəsi ilə nəticələnib. EKOL gərgin mübarizə şəraitində keçən oyunda "FK.İD.Futsal"dan üstün olub - 5:3. Artıq çempionluğunu təmin etmiş "Araz" isə "Yasamal"la görüşdən 6:1 hesablı qələbə ilə ayrılıb.  

 

Futzal üzrə Yüksək Liqa, 23-cü tur 

10 aprel

Xəmsə - Marafon Futsal 0:11 
Qol: O. Talebi, 1:15, 2:17, 17:38, R. Bağırzadə, 2:50, 32:30, 37:38, S. Çoodarzi, 3:45, M. Morovati, 5:10, T. Əliyev, 10:12, 11:30, 23:50
Bakı İdman Sarayı. Saat 12.30

 

EKOL - FK.İD.Futsal 5:3 
Qol: Ə. Abasov, 2:23, E. Quliyev (a/q), 10:15, A. Ağayev, 15:08 (a/q), F.Ələkbərov, 20:00, F. Atakişiyev, 38:00 // A. Əzimov, 23:51, E. Quliyev, 26:20, E. İbrahimxəlilov, 27:58
Sarı vərəqələr: F. Atakişiyev, 20, Z. Fərziyev, 35:32 // R. Həsənzadə, 15:04
Bakı İdman Sarayı. Saat 14.30

 

Araz - Yasamal FK 6:1 
Qol: R. Fərzəliyev, 10:30, 27:17, İ. Atayev, 11:06, 11:20, 26:09, O. Rüstəmli, 23:57 // O. Oraz, 12:28
Sarı vərəqələr: Qalo, 13:23,Bolinya, 39:01
Bakı İdman Sarayı. Saat 16.15

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 20 19 1 0 131-25 58
2 Marafon Futsal 19 13 1 5 80-37 40
3 EKOL 20 11 2 7 87-59 35
4 FK.İD.Futsal 18 6 4 8 75-66 22
5 Neftçi İK 17 6 4 7 46-44 22
6 Yasamal 19 4 0 15 57-125 12
7 Xəmsə 19 0 2 17 42-162 2

 

Bombardir: Tiaqo Telez Bolinya (Araz) - 30 qol


Xəbər xətti